23 Dekabr 2024

Prezident İlham Əliyevin hakimiyyəti dövrü Azərbaycanın şanlı tarixinin

ən parlaq səhifələrini təşkil edir.

Tarixə nəzər salsaq görərik ki, hər bir xalqın inkişafında, böyük uğurlar əldə etməsində , dünyada gedən intibah prosesində ölkələrin qabaqcıl pillələrdə qərarlaşmasında liderlərin rolu müstəsna və həlledicidir. Liderlik bacarığı elə siyasətçilərə məxsusdur ki, onlar xalqının, dövlətinin milli maraqlarını qorumaqla yanaşı, həm də öz ölkəsini davamlı şəkildə inkişaf etdirir, yorulmadan irəliyə doğru apara bilir.

       Bu mənada Azərbaycan xalqı da çox xoşbəxtdir ki, ölkəmizə uzun müddət dünya siyasətinin fenomeni, bütün həyatını canından artıq sevdiyi doğma xalqına həsr etmiş Heydər Əliyev kimi dahi şəxsiyyət rəhbərlik etmişdir. Xalqımız həm də ona görə xoşbəxtdir ki, ümummilli liderimiz Heydər Əliyevin ideyaları, müəyyənləşdirdiyi prioritetlər, dövlətçiliyimizin hərtərfli inkişaf konsepsiyası onun layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütün bunların sayəsində illərdir ki, ölkəmiz intibah və çiçəklənmə dövrünü yaşayır.

    2003-cü ilin oktyabrından xalqın yekdil səsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyev bəyan etmişdi: “Mən hər bir azərbaycanlının Prezidenti olacağam.”

    Ölkə başçımızın dövlətimizə rəhbərlik etdiyi son 19 ilin yekunlarına nəzər salsaq görərik ki, həqiqətən  illər öncə xalqa  siyasi liderimizin verdiyi bu vəd gerçəkləşdi. Bu illər ərzində hər bir azərbaycanlı özünün gündəlik həyatında cənab  İlham Əliyevin diqqət və qayğısını hiss etdi. Prezident İlham Əliyev hər bir azərbaycanlının gələcəyini düşünmək, onlarla maraqlanmaq, ciddi tədbirlərin görülməsi üçün Fərman və sərəncamlar imzalamaq, əməl olunmasını diqqətdə saxlamaq humanist liderimizin sahib olduğu əsas insani keyfiyyətlərdir.

   Cənab prezident İlham Əliyevin 2018-ci ildə keçirilən seçkilərdə yenidən qələbə qazanmasının əsasında Azərbaycanın 2003-2018 –ci illər ərzində onun rəhbərliyi altında dinamik inkişaf dövrünü yaşaması, ölkəmizin qarşısında dayanan vəzifələrin uğurla icra edilməsi kimi ciddi amillər dayanırdı. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2003-cü ildə və ondan sonrakı illərdə respublikamızın inkişafı, xalqımızın əmin-amanlıq şəraitində yaşamasının təmin edilməsi üçün verdiyi bütün vədlər həyatda öz təsdiqini tapmışdı. 15 il ərzində Azərbaycan bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələsini sürətlə adlayaraq, modernləşmə yoluna qədəm qoymuşdu.

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dövlətimizə başçılıq etdiyi illər mühüm hadisələr, faktlar və rəqəmlərlə zəngindir. Bu illərin hər biri dövlətçilik tariximizin hər bir azərbaycanlıya qürur hissi yaşadan şanlı səhifələridir.2003-2018-ci illər ərzində Azərbaycan Respublikası dövlətimizin ərazi bütövlüyünü qoruyan, dünyanın ən güclü orduları ilə eyni sırada yer alan və yüksək döyüş hazırlığı olan Silahlı Qüvvələr yaradıldı. 2016-cı ilin aprel ayında Milli Ordumuz ermənilərin təxribatına layiqli cavab verməklə düşmənə sarsıdıcı zərbələr endirdi və zəbt olunmuş ərazilərimizin bir hissəsini işğalçılardan təmizlədi. Bununla da Azərbaycan Böyük qayıdış üçün ciddi addımını atdı. Hər birimiz o dövrdə erməni qəsbkarlarının vaxtilə işğal etdiyi Cocuq Mərcanlı kəndində Azərbaycan bayrağının dalğalanmasından böyük qürur hissi keçirdik və bu hadisə 2020-ci iləd Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qazanılan parlaq qələbənin əsaslarını yaratdı. Bu şanlı qələbə erməni işğalçılarına xalqımızın və dövlətimizin gücünü nümayiş etdirdi, Milli Ordumuzun işğal olunmuş torpaqlarımızı istənilən anda azad etməyə qadir olduğunu göstərdi.  

   Əminik ki, ümummilli lider Heydər Əliyevin layiqli davam­çısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün dünyaya örnək olacaq səviyyədə xalq-iqtidar birliyinə nail olmuş, sülhün və əminamanlığın hökm sürdü­yü məkana çevrilmiş, iqtisadi göstəricilərinə, vətəndaşlarının rifah halına görə günbəgün qüdrətlənən Azərbaycan dövləti yenicə başa çatmış Vətən müharibəsində qazandığı şanlı Qələbənin ruhu və ovqatı ilə daha da qüdrətlənəcək, parlaq sabahlara, zəfərlərə daha əzmlə, inamla addımlayacaq.

Rövşən Qurbanov,

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı.