08 Sentyabr 2024

Praqada Xocalı soyqırımının ildönümü ilə əlaqədar tədbir keçirilib – FOTO

Fevralın 24-ü Azərbaycanın Çexiyadakı səfirliyinin təşkilatçılığı ilə paytaxt Praqada Xocalı soyqırımının ildönümü ilə əlaqədar tədbir keçirilib.

Azərbaycanın Çexiyadakı səfirliyindən Musavat.com-a verilən məlumata görə, tədbirdə Azərbaycanın Çexiyadakı səfiri Adış Məmmədov qonaqları salamlayıb, Ermənistanın Azərbaycana qarşı illər boyu davam edən işğal siyasəti və Xocalı soyqırımıyla bağlı ətraflı məlumat verib.

Tədbirdə həmçinin Türkiyədəki zəlzələ qurbanları ilə bağlı qardaş ölkənin səfirliyinə başsağlığı verilib.

Türkiyənin Çexiyadakı səfirinin müavini Banu Malaman Azərbaycana zəlzələ zamanı göstərdiyi həmrəyliyə görə təşəkkür edib, Xocalı soyqırımının ildönümü ilə əlaqədar baş sağlığı verib.