22 Dekabr 2024

Praqada Azərbaycan, Aİ, Fransa və Ermənistan liderlərinin görüşü başlayıb

Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Aİ Şurasının prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan arasında Praqada dördtərəfli görüş keçirilir.

Media1.az xəbər verir ki, görüş “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində baş tutub.