21 İyun 2025

Polşa Belarusa ultimatum verib

Polşa miqrasiya böhranı ilə əlaqədar Belarusa ultimatum verib.

Media1.az APA-ya istinadən xəbər verir ki, bu barədə Polşa Daxili İşlər Nazirliyində bəyanatında bildirilib.

Qeyd edilib ki, Polşanın daxili işlər naziri Mariuş Kaminski Sərhəd Mühafizəsinin baş komendantına göstəriş verib ki, Kuznitsa sərhəd-keçid məntəqəsinin yaxınlığında vəziyyəti sabitləşdirmək barədə Belarusun Dövlət Sərhəd Komitəsinin sədri general Anatoli Lappoya yazılı müraciət etsin.