Pirotexniki məmulatlar satan şəxs saxlanılıb
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi profilaktik tədbirlər zamanı rayon sakini Ş.Məmmədlinin yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki məmulatların satışı ilə məşğul olduğu müəyyən edilib.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan “İki sahil”ə verilən məlumata görə, faktla bağlı Ş.Məmmədli barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.