08 Sentyabr 2024

Pentaqon rəhbərindən Ukrayna ilə bağlı kəskin mövqe

ABŞ müdafiə naziri Lloyd Austin deyib ki, heç bir üçüncü ölkənin Ukraynanın NATO ittifaqına daxil olmasına veto qoymağa ixtiyarı yoxdur.

Çərşənbə axşamı Kiyevə səfəri zamanı Rusiyanın Ukraynanın NATO-ya üzv olmasına etirazı barədə soruşanda Ostin “Ukraynanın gələcək xarici siyasətini müstəqil olaraq həll etmək hüququ var və bunu kənardan heç bir müdaxilə olmadan edə biləcəyini gözləyirik” deyib.

Rusiya ilə ABŞ-ın başçılıq etdiyi ittifaq arasında gərginlik artıb. İttifaqın bu ayın əvvəlində Rusiyanın 8 diplomatını ölkədən çıxarmasına cavab olaraq Moskva bazar ertəsi NATO-dakı daimi missiyasını dayandırdığını bildirib.

Ostin Ukraynanın şərqində gedən müharibənin sülh yolu ilə həllində Rusiyanı “maneə” adlandırıb.

“Bir daha Rusiyanı Krımın işğalına son qoymağa, Ukraynanın şərqindəki müharibəni dayandırmağa, Qara dənizdə və Ukrayna sərhədləri boyunca sabitliyi pozan fəaliyyətlərinə son qoymağa çağırırıq” – deyə, Austin bildirib.

“Ukraynanın müdafiə qabiliyyətini inkişaf etdirmək səylərini dəstəkləmək üçün əlimizdən gələni etməyə davam edəcəyik” – deyə, o, əlavə edib.

Rusiya 2014-cü ildə Krımı ilhaq etdikdən bəri, bu ilin əvvəlində Ukrayna sərhədi yaxınlığına böyük ordu yerləşdirdi. Qoşunlar Ukrayna sərhədi yaxınlığında təlimlər keçirdikdən sonra geri çəkildi.

Ukrayna Ostinin bu həftə Avropaya səfərinin ikinci dayanacağıdır. Bazar ertəsi o, Gürcüstana səfər edib.

Oktyabrın 18-də Tiflisdə keçirilən mərasim zamanı Ostin və Gürcüstanın müdafiə naziri Canşir Burçuladze Gürcüstanın Müdafiəsi və Anlaşmanın Gücləndirilməsinə dair Memorandum imzalayıb.

ABŞ-ın müdafiə naziri Lloyd Austin və Gürcüstanın müdafiə naziri Canşir Burçuladze

Pentaqonun rəhbəri bunun “ikitərəfli təhlükəsizlik əməkdaşlığının yeni bir mərhələsi və ABŞ-ın Gürcüstanı dəstəkləmək öhdəliyinin nümayişi olduğunu” deyib.

Rusiyanı hiddətləndirəcək Memorandumla bağlı heç bir təfərrüat verilməsə də, Burçuladze bunun “çox əhəmiyyətli bir sənəd” olduğunu deyib və bu sənədin ABŞ-la müdafiə sahəsində əməkdaşlığın yeni bir səviyyəyə qaldıracağını bildirib.

ABŞ-ın müdafiə naziri oktyabrın 21-i və 22-si Brüsseldə keçiriləcək NATO müdafiə nazirlərinin toplantısına getməzdən əvvəl Rumıniyaya da səfər edəcək.//amerikaninsesi.org