Pekin-2022: Hokkey üzrə Finlandiya millisi ilk dəfə olimpiya çempionu olub

Pekin-2022 Qış Olimpiya Oyunlarında hokkey yarışına yekun vurulub.
Final oyununda Rusiya və Finlandiya milli komandaları üz-üzə gəliblər. Pekində baş tutan qarşılaşma Skandinaviya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Finlandiyalıların heyətində qolları 24-cü dəqiqədə Ville Pokka və 41-ci dəqiqədə Hannes Byörninen vurublar. Rusiya yığmasının yeganə qoluna isə 8-ci dəqiqədə Mixail Qriqorenko imza atıb.
Qeyd edək ki, Finlandiya yığması tarixində ilk dəfə olimpiya çempionu olub. Rusiya seçməsi isə sonuncu dəfə 2018-ci ildə Cənubi Koreyanın Pxençxanq şəhərində keçirilmiş Qış Olimpiya Oyunlarında qızıl medallara sahib çıxıb.