05 Fevral 2025

Paşinyan növbədənkəbar seçki qərarını verdi

Ermənistanın baş naziri Nikol Paşinyan “Çiçəklənən Ermənistan” partiyasının və parlament fraksiyasının rəhbəri Qagik Tsarukyanla görüşüb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu haqda Paşinyan özü açıqlama yayıb.

Baş nazir növbədənkənar seçkilərin anonsunu da verib. Onun sözlərinə görə, Tsarukyanla görüşdə ümumi razılıq əldə olunub ki, daxildəki mürəkkəb siyasi vəziyyətdən ən yaxşı çıxış yolunun növbədənkənar parlament seçkilərinə gedilməsidir.

N.Paşinyan ölkə prezidenti, “Mənim addımım” fraksiyası, “İşıqlı Ermənistan” partiya fraksiyasının başçısı Edmon Marukyanla görüşdə də bununla bağlı anlaşma əldə olunduğunu qeyd edib. Paşinyan bildirib ki, Ermənistanda növbədənkənar parlament seçkiləri 20 iyunda keçiriləcək.