08 Sentyabr 2024

Paşinyan bu gün İstisuya gələcək

Ermənistanın hakim Vətəndaş Razılaşması partiyasının idarə heyəti bu gün İstisuda (Cermux) toplanacaq.

Media1.az  bununla bağlı erməni mediasına istinadən xəbər verir. Bildirilir ki, Laçın yolundakı vəziyyət də partiyanın planlarını dəyişməyib. Kollegiya iclasına baş nazir Nikol Paşinyan sədrlik edəcək.

“Hər kəs onun hazırkı vəziyyətlə bağlı nə deyəcəyini səbirsizliklə gözləyir. Axı o, parlamentdə həmkarları ilə qapalı iclasda artıq bir neçə bəyanatla çıxış edib”-məlumatda deyilir.