23 Noyabr 2024

Övladına Vladimir Putin adı vermək istəyən isveçli cütlük rədd cavabı alıb

İsveçin Halland bölgəsində yaşayan ailə cütlüyü yeni doğulmuş körpələrinə Rusiya prezidenti Vladimir Putinin adını vermək üçün müvafiq quruma müraciət edib.

Lakin valideynlərin müraciətinə mənfi cavab verilib.

Buna səbəb olaraq, qeyd edilən adın gələcəkdə uşaqda psixoloji travmaya səbəb ola biləcəyi göstərilib.

Həmçinin, körpələrə nüfuzlu şəxslərin adlarının verilməsinin uyğun olmadığı bildirilib.