21 İyun 2025

Ötən gecə Bərdədə işıq olmayıb

Ötən gün müşahidə olunan güclü küləyin başlaması Bərdədə işıqların sönməsinə səbəb olub.

Media1.az xəbər verir ki, günün ikinci yarısında başlayan küləkdən sonra Bərdə rayonunun xeyli hissəsində işıqlar sönüb.

Bərdə şəhərinin yarıdan çox hissəsində, o cümlədən rayonunun Şorəlli, Divanlı, Gərənə, Cəyirli, Boyəhmədli kəndlərində işıq olmayıb.

Bütün gecəni rayon sakinləri işıqsız qalıb.

Növbəti günün birinci yarısında da işığın verilməsi təmin edilməyib.

Məsələ ilə bağlı Bərdə Elektrik şəbəkəsinin baş mühəndisi Sahib Abbasov ilə əlaqə saxlamaq, işıqların sönməsinə aydınlıq gətirmək cəhdimiz olsa da idarə təmsilçisi zəngə cavab verməyib.