23 Dekabr 2024

Ordumuzda koronavirusa qarşı mübarizə tədbirləri görülür

Azərbaycan Ordusunda koronavirusa qarşı mübarizə tədbirləri görülməkdədir.

media1.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov deyib.

O bildirib ki, Səhiyyə Nazirliyi ilə birlikdə görülən tədbirlər nəticəsində Azərbaycan Ordusunun şəxsi heyyətinin 88 faizi koronavirusa qarşı birinci doza peyvəndi qəbul edib.

“Şəxsi heyətin 72 faizi 2-ci, 8 faizi isə 3-cü doza peyvəndi qəbul edib. Koronavirus infeksiya şübhəsi olan hərbi qulluqçular dərhal təxliyə edilir. Koronavirusa qarşı tədbirlər görmək üçün səyyar briqadalar yaradılaraq hərbi hissə və bölmələrə göndərilib”, – deyə A.Eyvazov bildirib.