20 İyun 2025

Nazarbayevin daha bir qızının İsveçrədə villası ortaya çıxdı FOTO

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin qızı Dinara Kulibayevanın İsveçrənin füsunkar mənzərəli Cenevrə gölü sahilində “Chateau Bellerive” qəsrini aldığı və buna görə 63 milyon dollar pul xərclədiyi ortaya çıxıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə İsveçrənin “Bilan” qəzeti məlumat yayıb.

Həmin qəsrin maraqlı tarixə malik olduğu qeyd edilir. XVII əsrdə onu Savoyya hersoqu II Karl Emmanuil Cenevrə hökumətinin duza tətbiq etdiyi vergiyə təpki olaraq tikibmiş. Buna görə Savoyya və Cenevrə arasında hətta münaqişə də yaranıb.

Jurnalist Nadejda Sikorskayanın bildirdiyinə görə, qəsr dünyanın ən bahalı və prestijli ərazilərindən birində, Kollonj-Belriv kommunasında yerləşir. Bu qala həm də İsveçrənin milli mədəniyyət abidələrindən biri hesab olunur. Qəsrin Dinara Kulibayevadan əvvəlki sahibi uzun müddət BMT-nin Qaçqınlar üzrə Ali komissarı vəzifəsində çalışmış Sadruddin Ağa-Xan olub.

Musavat.com