22 Noyabr 2024

Naxçıvanın rabitə sektoru 7% artıb

Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin dəyəri 2020-ci ilin eyni dövrünə nisbətən 6,8% artaraq 55,566 mln. manatı üstələyib.

Naxçıvan Dövlət Statistika Komitəsindən “İki sahil”ə verilən məlumata görə, hesabat dövründə ümumi xidmətlərin 75,3%-i mobil rabitənin payına düşüb.

Cari ilin ilk 11 ayında Muxtar Respublikada mobil rabitə xidmətlərinin dəyəri ötən ilin müvafiq dövrünün göstəricisini 1,4% üstələyərək 41,8 mln. manatı ötüb.