23 Dekabr 2024

NATO-nun baş katibi Türkiyəyə gedir

NATO-nun baş katibi Yens Stoltenberq prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək və Alyansın həmrəylik mesajını çatdırmaq üçün sabah Türkiyəyə gedəcək.

Media1.az-ın xəbərinə görə, Türkiyədə baş verən və minlərlə insanın həyatını itirməsinə səbəb olan zəlzələlər səbəbilə dünyadan Türkiyəyə dəstək bəyanatları gəlməkdə davam edir.

NATO-nun baş katibi Stoltenberq də bu səbəbdən prezident Ərdoğanla görüşmək üçün Türkiyəyə yola düşəcək.