22 Noyabr 2024

Müharibənin gedişatı dəyişdi – Rusiyaya ağır zərbə – YENİ GÖRÜNTÜLƏR

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyaya qarşı əks hücuma keçdiklərini təsdiqləyib. Ukrayna ordusu ölkənin cənub-şərqində üç kəndi Rusiyadan geri aldığını açıqlayıb.

Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, Ukrayna əsgərləri Donetskdə Blaqodatne və Neskuçne bölgələrində qələbəni qeyd edir.

Ukrayna müdafiə nazirinin müavini Hanna Maliar yaxınlıqdakı Makarivka qəsəbəsinin də Rusiya ordusundan geri alındığını açıqlayıb.

Ukrayna qoşunlarının şərqdə Baxmut, cənubda isə Zaporojya yaxınlığında irəliləyərək Rusiya hədəflərinə uzaq məsafədən hücumlar təşkil etdiyi bildirilir.

Amma iki döyüşən tərəf bir-birinə zidd iddialar irəli sürür və cəbhədə həqiqəti qiymətləndirmək çətindir; Ukrayna irəlilədiyini, Rusiya isə hücumları dəf etdiyini iddia edir.

Musavat.com