21 İyun 2025

Müdafiə nazirinin müavini Moskvaya getdi

Bu gün Müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov hərbi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 14-cü iclasında iştirak etmək üçün Moskva şəhərinə yola düşüb.

Musavat.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Səfər dekabrın 9-dək davam edəcək.