Möcüzə kimi xəbər – 2 yaşlı körpə 122 saat sonra dağıntılar altından sağ çıxarıldı
Türkiyənin zəlzələdən ən çox əziyyət çəkən bölgələrindən olan Malatya əyalətinin Battalqazi rayonunda 124,5 saatdan sonra 83 yaşlı qadın dağıntılar altından xilas edilib.
Media1.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Həmçinin məlumata görə, Türkiyənin Hatay əyalətinin Antakya rayonunda zəlzələdən 122 saat sonra 2 yaşlı körpə dağıntılar altından sağ çıxarılıb.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Zəlzələ nəticəsində həlak olanların sayı 20 665 nəfərə çatıb, 80 088 nəfər yaralanıb.