Meksikada jurnalist evinin qarşısında güllələndi – FOTO

Meksikada il başlayandan bəri 15-ci jurnalist qətlə yetirilib. Budəfəki qurban yerli “La Realidad” nəşrinin redaktoru Fredi Romandır.
Bu barədə jurnalist Ceykob Morales özünün “Twitter” səhifəsində məlumat verib.
Məlumata görə, həm də yerli çap mediasında icmalçı olan jurnalist Gerrero ştatında Çilpansinqodakı evinin qarşısında güllələnib.