22 Noyabr 2024

Mədəniyyət naziri Əlibaba Məmmədovu ziyarət edib FOTO

Mədəniyyət naziri Anar Kərimov bir neçə gün əvvəl 92 yaşı tamam olmuş Xalq artisti, “Şöhrət”, “İstiqlal”, “Şərəf” ordenli xanəndə Əlibaba Məmmədovu evində ziyarət edib.

Bu barədə “İki sahil”ə nazirlikdən məlumat verilib.

“Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Əlibaba Məmmədovu doğum günü münasibətilə təbrik edən Anar Kərimov, ifaçının Azərbaycan incəsənətində xüsusi rolunu vurğulayıb, onun mahnılarının dillər əzbəri olduğuna diqqət çəkib. Əlibaba Məmmədovun yetişdirdiyi tələbələrin bu gün də Azərbaycan muğam sənətinin gələcək nəsillərə ötürülməsində birbaşa iştirak etdiyini vurğulayan nazir ona möhkəm can sağlığı arzularını çatdırıb”, – nazirlikdən bildirilib.