MDB dövlət başçılarının sammitinin gündəliyi açıqlanıb
MDB ölkələrinin liderləri oktyabrın 14-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək sammitdə 2023-2025-ci illər üçün terrorizm və ekstremizmlə mübarizə üzrə yenilənmiş proqramı təsdiq etməyi planlaşdırır.
Media1.az xəbər verir ki, məlumatı TASS yayıb.
Bildirilib ki, təşkilata üzv ölkələrin dövlət və hökumət başçılarının şurası bununla bağlı qərar qəbul edib.
Qərarda həmçinin MDB-yə KTMT-də müşahidəçi statusunun verilməsi nəzərdə tutulur.
Bundan başqa MDB-yə üzv dövlətlər arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması planlaşdırılır.