Macarıstan Ukraynaya kömək göstərməkdən imtina etdi

Macarıstan Ukrayna Silahlı qüvvələrini dəstəkləməyəcək. Rəsmi Budapeşt öz ərazisindən Ukrayna hərbçilərinə silah göndərilməsinə icazə verməyəcək.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Macarıstan xarici işlər naziri Peter Siyarto kosovalı həmkarı Donika Gervalla ilə görüşdən sonrakı mətbuat konfransında bəyan edib.
“Bu qərarı verməyimizə əsas səbəb silah tədarüklərinin düşmən fəaliyyətinin obyektinə çevrilməsi ilə bağlıdır. Biz Macarıstanın təhlükəsizliyini təmin etməliyik, buna görə də bu müharibəyə qarışmırıq”,-deyə P.Siyarto söyləyib.