21 İyun 2025

“Latın əlifbasına keçidə tələsmək lazım deyil” – Qazaxıstan prezidenti

“Biz qazax dilini qoruyub saxlayacağıq. Başqa cür ola da bilməz. Çünki tarixin ən çətin anlarında dilimiz müdrik əcdadlarımızın, xalqımızın sayəsində qorunub saxlanıb”.

Bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev “Qazaqstan” telekanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, ölkədə dil islahatı da aparılmalıdır: “Latın əlifbasına keçid məsələsində tələsmək lazım deyil. Buna ciddi yanaşmaq lazımdır. Dil siyasəti çox həssas mövzudur”.

“Xalqımız çox ciddi sınaqlardan keçib və bütün çətinliklərə qalib gəlib”, – deyə prezident Tokayev bildirib.