Lahordan ilk təyyarə Bakıya uçuş həyata keçirib
“Pakistan International Airlines”aviaşirkətinə məxsus ilk təyyarə Bakıya uçuş həyata keçirib.
Bu barədə “İki sahil”ə Pakistanın Azərbaycandakı Səfirliyindən məlumat verilib.
Bildirilir ki, Lahor-Bakı istiqamətində uçuş həyata keçirən təyyarə Bakı vaxtı ilə saat 13.30-da Heydər Əliyev Hava Limanına enib.
Qeyd edək ki, “Pakistan International Airlines” bu həftədən Pakistanın iki şəhərindən – Kəraçi və Lahor şəhərlərindən Bakıya uçuşlara başlayır. Azərbaycanın milli aviadaşıyıcısı həmçinin Bakıdan Lahora uçuşlara başlamağı planlaşdırır.