23 Dekabr 2024

Küləkli hava martın 30-dək davam edəcək

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti martın 30-u gündüzədək davam edəcək.

Milli Hidrometeorologiya Xidmətindən “İki sahil”ə verilən xəbərə görə, martın 28-də müşahidə olunan şimal-qərb küləyi 29-da cənub-qərb küləyi ilə əvəz olunacaq, küləyin maksimal sürəti 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.