14 Mart 2025

Koronavirusa yoluxan Səyyad Əlizadənin son durumu ilə bağlı AÇIQLAMA

Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin vəziyyəti stabil ağır olaraq qalır.

Bu barədə Oxu.Az-a müğənninin qohumu Razim Qarayev məlumat verib.

O bildirib ki, həkimlər sənətçinin vəziyyətində heç bir dəyişiklik müşahidə edilmədiyini deyirlər.

Qeyd edək ki, koronavirusa yoluxan Səyyad Əlizadə bir müddət əvvəl Mərkəzi Gömrük Hospitalına yerləşdirilib və EKMO cihazına qoşulub.