23 Dekabr 2024

Konsulluq azərbaycanlının nəşinin Xarkovdan Vətənə göndərilməsinə çalışır

Dünən Azərbaycanın fəxri konsulu Əfqan Salmanov Xarkovda atışma zamanı küçədə güllələnən Ukraynanın Xalq rəssamı Katib Məmmədovun qardaşı oğlu Qoşqar Məmmədovun cəsədinin götürülməsi üçün Xarkov vilayət qubernatoruna müraciət edib.

Bu barədə “İki sahil”ə Azərbaycanın Xarkovdakı fəxri konsulluğunda olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli bildirib.

Fəxri konsulun müraciətindən sonra Q. Məmmədovun həmin gün cəsədin götürülməsi təmin olunub. Onun cəsədi Xarkov şəhər xəstəxanasının morquna yerləşdirib.

S. Adıgözəlli deyib ki, fəxri konsulluq müvafiq şərait yaranan zaman Q. Məmmədovun nəşinin Azərbaycana göndərilməsinin təmin edilməsinə çalışacaq.

Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfirliyi də bu gün Q. Məmmədovun nəşinin imkan yaranan ilk fürsətdə Azərbaycana göndərilməsinin planlaşdırıldığı barədə məlumat yayıb.