22 İyun 2025

Kollec direktoru vətən müharibəsindəki fəaliyyətinə görə mükafat aldı

Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində direktor vəzifəsinin icraçısı,aqrar elmlər üzrə fəlsəfə doktoru, Xosrov Bahadur oğlu Musayevin rayonun ictimai-siyasi həyatında göstərdiyi fəallığı,2020-ci ilin 44-günlük Vətən müharibəsi dövründə kollecdə yerləşdirilmiş məcburi köçkünlərə diqqət və qayğıya görə ,şəhid ailələri və qazilərə göstərdiyi nümunəvi xidmətləri yüksək qiymətləndirilərək Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri,millət vəkili Səttar Möhbalıyev tərəfindən yubiley döş nişanı ilə təltif olunub.

Media1.az xəbər verir ki,Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində direktor vəzifəsinin icraçısı Xosrov Musayevə yubiley döş nişanını Raqub Yunisov təqdim edib.