14 Mart 2025

KİV: “Boris Conson jurnalistikaya qayıda bilər”

The Prime Minister Boris Johnson Portrait

B.Consona təklif olunan maaş və digər detallar açıqlanmayıb

Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson yenidən jurnalistika fəaliyyəti ilə məşğul ola bilər.

Aznews.az “The Guardian”a istinadən xəbər verir ki, artıq ölkəsinin məşhur qəzetlərindən olan “Daily Mail” keçmiş hökumət başçısına köşə yazarlığı təklif edib.

Lakin B.Consona təklif olunan maaş və digər detallar açıqlanmayıb. Hələ ki, nə Britaniya hökuməti, nə də “Daily Mail” bu iddialara münasibət bildirib.