Kəşfiyyatçı generalın diplomat oğlu Almaniyada ölü tapıldı – müəmmalı hadisə

Dünən Berlindəki səfirliyn yaxınlığında ölü olaraq tapılan Rusiya diplomatı Kirill Jalo Federal Təhlükəsizlik Xidmətinin generalı Aleksey Jalonun oğlu çıxıb.
Musavat.com xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb.
35 yaşlı diplomatın Berlinin Mitte rayonundakı, Berenştrasse küçəsində yerləşən binadan “özünü atdığı” güman olunur. Səfirlik işçisinin cəsədi artıq Rusiyaya təhvil verilib. Rəsmi Moskva Almaniyada onunla bağlı məhkəmə-tibb ekspertizasının keçirilməsinə icazə verməyib.
Qeyd etmək lazımdır ki, bu müəmmalı ölüm hadisəsi hər kəsdə ciddi suallar doğrub.
Aleksey Jalo
Məsələn jurnalist Xristo Qrozev diplomatın general atasının kəşfiyyat strukturunda nüfuzlu olduğunu, Dmitri Jalonun özünün isə FTX-nin Almaniyada gizli agenti kimi fəaliyyət göstərdiyini yazıb.
Aleksey Jalo Federal Təhlükəsizlik Xidmətinin İkinci idarəsində (Konstitusiya quruluşunu müdafiəsi və terrorizmlə mübarizə) çalışır.
Media1.az