21 İyun 2025

Kaliforniya ştatına rekord həcmdə qar yağıb – VİDEO

ABŞ-ın Kaliforniya ştatına dekabr ayında yağan qarın miqdarı 1970-ci ildə ştatda qeydə alınan ən qarlı dekabr ayının səviyyəsinə yaxınlaşıb.

Bu barədə Berklidə yerləşən Kaliforniya Universitetinin yağıntılar üzrə ixtisaslaşmış laboratoriyası məlumat verib.

Qeyd olunur ki, təkcə ötən həftə sonu cəmi bir gündə təxminən 74 santimetr qar yağıb.

Yeddi gün ərzində qar örtüyünün hündürlüyü 179 santimetrə, bütövlükdə dekabrda isə təxminən 393 santimetrə çatıb.

Beləliklə, 1970-ci ildə müəyyən edilmiş “ən qarlı dekabr rekordu”na çatmaq üçün 62 santimetr yağıntı çatmayıb.

Həmin ildə qarın qalınlığı təxminən 455 santimetr olub.https://player.baku.tv/embed/48411

Mənbə: “RİA Novosti”