İsveçrə Gülnarə Kərimovanın milyonlarla pulunu Özbəkistana qaytaracaq

Özbəkistanın eks-prezidenti Nur Sultan Nazarbayevin qızı Gülnarə Kərimovanın 131 milyon dollarlıq vəsaiti BMT-nin vasitəsilə İsveçrədən Özbəkistana qaytarılacaq.
Bu barədə Özbəkistan Ədliyyə Nazirliyi məlumat yayıb.
Danışıqlar zamanı iki ölkənin (Özbəkistan və İsveçrə) nümayəndə heyəti çoxtərəfli Etimad Fondunun yaradılması barədə anlaşıb.
Fond Gülnarə Kərimovanın cinayət prosesi zamanı müsadirə edilmiş aktivlərinin bərpası ilə məşğul olacaq.
Mənbə: RİA Novosti