22 Dekabr 2024

İsrail-HƏMAS müharibəsi ilə bağlı ŞOK açıqlama: “Biz də ortağıq”

ABŞ-ın keçmiş prezidenti Barak Obama Qəzzada baş verənlərdən danışıb.

Musavat.com bu barədə xarici mediaya istinadən xəbər verir.

Obama fələstinlilərin başına gələnlərin dözülməz olduğunu bildirib.

“HƏMAS-ın etdikləri dəhşətli idi və buna heç bir əsas yoxdur. Həqiqət budur ki, işğal və fələstinlilərin başına gələnlər dözülməzdir… Siz qəbul etməlisiniz ki, biz hamımız müəyyən dərəcədə ortağıq”.

Obamanın bəyanatına Respublikaçı Yəhudi Koalisiyasından (RJC) reaksiya gəlib. RJC Obamanın siyasətinin HƏMAS-ı gücləndirdiyini iddia edib.