21 İyun 2025

İsmayıllıda arıçılıq məhsullarının sərgisi olub – VİDEO

İsmayıllıda 7-ci Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçirilib.

Konfrans çərçivəsində ölkənin müxtəlif bölgələrində hazırlanan bal növləri sərgilənib.

Müxtəlif regionlardan 150-yə yaxın peşəkar arıçının iştirak etdiyi sərgidə 15-ə yaxın arıçı və sahibkar öz məhsullarını nümayiş etdirib.

Əvvəlcə isə arıçılıq məhsulları və istehsalatda istifadə olunan avadanlıqların sərgisi ilə tanışlıq olub.

Sərgidə İsmayıllının müxtəlif kəndlərində fəaliyyət göstərən 10-dan çox arıçının bölgəyə xas yüksək keyfiyyətli ballarının nümayişi olub.

Konfransa Türkiyə, Macarıstan, Litva və Belarusdan bu sahənin mütəxəssisləri qatılıb.

Konfrans çərçivəsində mütəxəssislər bu sahəyə başlamaq istəyənlərlə bilik və bacarıqlarını bölüşüblər. Arıçıların iştirakı ilə müxtəlif kateqoriyalar üzrə yarışlar keçirilərək qaliblər mükafatlandırılıb.

Daha ətraflı Baku TV-nin süjetində:https://www.youtube.com/embed/roM6WWSsdPw