13 Mart 2025

İndoneziyada vulkan püskürdü, gündüz gecəyə döndü

İndoneziyanın Şərqi Yava bölgəsində 3676 metr yüksəklikdəki Semeru vulkanında qorxulu püskürmə baş verib.

Musavat.com xəbər verir ki, yerli vaxtla saat 14.50-də baş verən partlayışdan sonra yerli sakinlər dərhal ərazinu tərk etməyə çalışıb.

Vulkan püskürməsi zamanı göyün üzü qara dumanla örtülüb, nəticədə sanki gündüz gecəyə dönüb.

Baş verən hadisə zamanı yaralanan və ya ölənin olması haqda hələlik rəsmi məlumat verilməyib.

Xalidə Gəray