25 İyun 2025

İlqar Musayev Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi təyin edilib

İlqar Əli oğlu Musayev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rəisinin müavini vəzifəsindən azad edilib.

Media1.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə İlqar Musayev Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi təyin edilib.