23 Dekabr 2024

İlham Əliyevdən Azərbaycan-İtaliya tərəfdaşlığı ilə bağlı VACİB AÇIQLAMA

Prezident İlham Əliyev İtaliyanı Avropa İttifaqı məkanında Azərbaycanın ən yaxın tərəfdaşı adlandırıb.

Media1.az xəbər verir ki, bunu dövlət başçısı fevralın 18-də Münxendə İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumo ilə görüşdə söyləyib.

Görüşdə Prezident İlham Əliyev Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərinin olduğunu qeyd edib, İtaliyaya dövlət və rəsmi səfərlərini məmnunluqla xatırlayıb.

İtaliyanın Avropa İttifaqı məkanında ölkəmizin ən yaxın tərəfdaşı olduğunu deyən dövlət başçısı son aylar ərzində İtaliyanın üç nazirinin Azərbaycana səfərinin əlaqələrimizin inkişafının real göstəricisi olduğunu vurğulayıb, bu xüsusda ölkəmizin İtaliyanın aparıcı şirkətlərindən olan “Leonardo” şirkəti ilə əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edib.

Azərbaycan Prezidenti müdafiə sənayesi sahəsində mövcud olan əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.