İlham Əliyev Çex Respublikası ilə sazişi təsdiqlədi
Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Çex Respublikasının Sənaye və Ticarət Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Saziş təsdiq edilib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Qeyd edək ki, Saziş 2021-ci il sentyabrın 30-da Bakı şəhərində imzalanıb.