02 İyun 2025

İƏT nümayəndə heyətinin Gəncəyə səfəri başlayıb

İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) sədrinin rəhbərlik etdiyi ekspertlərdən ibarət nümayəndə heyətinin Gəncə şəhərinə səfəri başlayıb.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, İƏT-in 5 nəfərdən ibarət nümayəndə heyəti Vətən müharibəsi zamanı Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkib.

Qonaqlar orada dünyasını dəyişən şəxslərin ruhuna dualar oxunub, dağıntılar olan əraziyə güllər düzüblər.