İctimai Nəzarət Mərkəzi ” Vətəndaşların sosial problemləri və ictimai nəzarət mövzusunda zoomkonfrans keçirib.

Yanvarın 14-də İctimai Nəzarət Mərkəzi hökumət və qeyri hökumət təşkilatlarının iştirakı ilə zoom vasitəsilə ” Vətəndaşların sosial problemləri və ictimai nəzarət” mövzusunda konfrans təşkil edib.
Media1.az–ın xəbərinə görə konfransı giriş sözü ilə İctimai Nəzarət Mərkəzinin sədri , Milli QHT forumunun prezidenti Rauf Zeyni açıb. Əvvəlcə, Prezident İlham Əliyevin bu günlərdə yerli televiziyalara verdiyi müsahibədən ictimai nəzarət istiqamətində önəmli fikirləri nümayiş olunub. Məruzə dinlənilib, mövzu əsasında çıxışlar aparılıb.
İctimai Nəzarət Mərkəzinin vətəndaşlara sosial problemlərə dair araşdırmaların aparılması və aidiyyatı qurumlara çatdırılması mühüm işin tərkib hissəsi kimi vurğulanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Gömrük Komitəsi, Mədəniyyət Nazirliyi yanında İctimai Şuraların təmsilçiləri çıxış edərək işlədikləri əlaqədar qurumların fəaliyyətindən danışmış , mövcud müsbət və neqativ halları qeyd etmişdilər. İctimai Nəzarət Mərkəzinin təmsilçilər və QHT nümayəndələri problemlərin ictimailəşdirilməsində görüləcək işlərdən danışmışdılar.
Sonda İNM-nin sədri Rauf Zeyni bildirib ki, prezidentin apardığı siyasətin həyata keçirilməsində işini yarıtmayan məmurları təşkilatın fəalları tənqid edəcək və onların haqqında hüquqi tədbirlərin görülməsinə çalışacaq.
Media1.az
