Hulusi Akar Zakir Həsənov və Elçin Quliyevə zəng etdi
Türkiyə milli müdafiə naziri Hulusu Akar azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənov və DSX rəisi general-polkovnik Elçin Quliyevlə telefonla danışıb.
O, Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması ilə bağlı şəhid olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib.
Akar Azərbaycan xalqına başsağlığı verib, şəhid ailələrinə səbir diləyib.
Mənbə: TRT Haber