23 Dekabr 2024

“Hizbullah” lideri: “ABŞ-ın İranı bombalayacağına dair mesajlar aldıq”

“Hizbullah” lideri Şeyx Həsən Nəsrullah bildirib ki, onun rəhbərlik etdiyi təşkilat Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda bütün variantları nəzərdən keçirir.

Musavat.com “Al Mayadeen” telekanalına istinadən xəbər verir ki, o, İsrail qüvvələrinə qarşı vuruşan döyüşçülərə dəstək məqsədilə Beyrutda keçirilən kütləvi mitinqdə çıxış edib.

“Bütün variantlar masadadır və biz onlara istənilən vaxt keçə bilərik. Hamımız istənilən imkanlara və seçimlərə hazır olmalıyıq”.

O, ABŞ-ın İranı bombalayacağına dair mesajlar aldıqlarını bildirib:

“Cənubda əməliyyatlarımızı davam etdirsək, ABŞ-ın İranı bombalayacağına dair mesajlar aldıq. Bu təhdidlər bizi qorxutmayacaq. Amerikalılara deyirəm ki, 1980-ci illərin əvvəllərində sizi məğlub edənlər hələ də sağdırlar”.