Herş: “2023-cü ilin yayı və payızı Avropa üçün fəlakət olacaq”
Amerikalı jurnalist Seymur Herş RT-yə müsahibəsində deyib ki, Avropa 2023-cü ilin yay-payız aylarında fəlakətlə üz-üzə qalacaq.
Musavat.com xarici mediaya istinadla verdiyi xəbərə görə, Herş deyib ki, Avropa ölkələri çıxılmaz vəziyyətdədir. O, misli görünməmiş inflyasiya ilə üzləşdiyini və sosial yardımlar almaq məcburiyyətində qaldıqıqlarını və bununla Rusiya qazı üçün əvvəllər ödədiklərinin 3-4 qatını ödəməli olduqlarını söyləyib.
Jurnalist soyuq aylarda Avropa İttifaqı ölkələrinin aldıqları maye qazın onların ehtiyaclarına kifayət etməyəcəyini proqnozlaşdırıb.
Daha əvvəl Herş ABŞ-ın “Şimal axını” və “Şimal axını-2” qaz kəmərlərində təxribatı araşdırmaq istəməməsini izah etmiş, bu partlayışlara görə öz ölkəsini ittiham etmişdi.