23 Dekabr 2024

“Həmin o sovet ordusu bizim “anamızı ağaladıb””- 23 fevral barədə deputatdan AÇIQLAMA

Bu gün ölkəmizdə bəziləri 23 fevralı “kişilər bayramı” kimi qeyd edirlər. Lakin bir çoxları bu günün bizimlə heç bir əlaqəsi olmadığını vurğulayırlar.

Məsələ ilə bağlı Sonxeber.az-a deputat Aqil Abbas açıqlama verib.

O, bu günü heç sovet dönəmində də qeyd etmədiyini bildirib:

“Bu bayramın bizlərə aidiyyəti olmadığına dair lazımi dəlillər gətirilsə də ki, kişiləri təbrik edən, bəylərinə hədiyyə alan xanımlarımız hələ də az deyil.

Mən heç vaxt 23 fevralı qeyd etməmişəm. Nə o vaxt, nə də indi bu günü bayram bilməmişəm. Deyirlər, güya “kişilər bayramıdır”, bu münasibətlə də qadınlar bəyləri təbrik edirlər.

Halbuki bu gün əslində sovet ordusunun yaranması günüdür. Həmin o sovet ordusu bizim “anamızı ağaladıb”. O bayramı necə qeyd edək axı?!

Xanımlar öz bəyləri üçün hədiyyə alırlar. Alsınlar. Nə deyə bilərik? Pulları var, alırlar (gülür).

Amma bir ordu ki, dinc əhaliyə zülm edə, ona görə nə bayram?! Şəxsən mən heç vaxt qeyd etmərəm.

Amma 9 mayı qeyd edirəm. Çünki o tarix böyük bir müharibənin bitdiyi gündür. O müharibədə 400 minə yaxın Azərbaycanlı şəhid olub. Mənim polkovnik əmim də həmin döyüşlərdə şəhid olanlardan biridir.

Ümumiyyətlə, müaribəninin bittiyi hər gün bayramdır! Ümid edirəm, bir daha müharibə yaşamarıq!”