23 Dekabr 2024

Havanın temperaturu iqlim normasına yaxınlaşacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin martın 25-si saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılı olub, qar yağıb, Bakıda və Abşeron yarımadasında səhər saatlarınadək yağış davam edib.

Xidmətdən “İki sahil”ə verilən məlumata görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında: Neft Daşlarında 7, Çilov adası, Bakıda 4, Binədə 2, Maştağa, Sumqayıt, Pirallahıda 1 millimetrədək, Neftçalada 7, Astara, Balakəndə 4, Şahdağ, Sarıbaş (Qax), Lənkəranda 3, Ləzə, Biləsuvar, İmişli, Kürdəmir, Zaqatala, Ağdam, Gədəbəydə 2, Ordubad, Daşkəsən, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Şəki, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Tərtər, Bərdə, Xınalıq, Yevlax, Zərdab, Beyləqan, Sabirabad, Salyan, Yardımlı, Ağsu, Kişçay (Şəki), Şabranda 1 millimetrədək olub.

Qar örtüyünün hündürlüyü: Sarıbaş (Qax), Lerikdə 60, Şahdağda 55, Xaltanda 48, Şahdağda 43, Ağdərədə (Ordubad) 34, Altıağacda 32, Kişçay (Şəkidə) 30, Ləzədə 22, Xınalıq, Daşkəsəndə 16, Qrızda 12, Göygöldə 10, Şamaxıda 8, İvanovka (İsmayılı) 5, Qəbələdə 1 santimetr təşkil edib.

Şimal-qərb küləyi əsib, arabir Daşkəsən, Şabranda 20, Altıağacda 17, Naxçıvanda 16 metr/saniyəyədək güclənib.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6°-dək isti, Naxçıvan Muxtar Respublikasında 7°-dək şaxta, dağlıq rayonlarda 12°-dək şaxta, aran rayonlarında 4°-dək isti olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraiti martın 26-sı gündüzədək davam edəcək. Martın 27-28-də havanın temperaturu iqlim normasına yaxınlaşacaq, əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək.