Hava ilə bağlı əhaliyə növbəti xəbərdarlıq
![](https://media1.az/wp-content/uploads/2022/01/1546595258_3969034.jpg)
Yaxın günlər ərzində Abşeron yarımadasında tez-tez gilavar küləyinin xəzri küləyi ilə əvəz olunacağı, atmosfer təzyiqinin xeyli tərəddüdü gözlənilir.
media1.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı tibbi-meteoroloji xəbərdarlıqda bildirilib.
Qeyd olunub ki, belə hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsizdir.