“Hamı istəyir ki, qiymətlər daha sərfəli olsun, amma…”
Aviabiletlərin qiymətləri ilə bağlı təkliflərimizi vermişik.
Bunu Trend-ə açıqlamasında Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə deyib.
Onun sözlərinə görə, bu istiqamətdə müzakirələr gedir.
“Hamı istəyir ki, qiymətlər daha sərfəli olsun. Amma hazırda şəraitin buna imkan verib- vermədiyi məsələsi var. Digər bir tərəfdən başa düşürük ki, qiymətlərin formalaşdırılması qəliz bir prosesdir və maya dəyərindən ucuz ola bilməz”, – agentlik rəsmisi bildirib.