23 Dekabr 2024

Gürcüstan və Ermənistan da SİLKƏLƏNDİ

Gürcüstanda yerli vaxtla saat 22:25-də zəlzələ olub.

Media1.az xəbər verir ki, bu barədə ölkənin Seysmoloji Monitorinq Milli Mərkəzindən bildirilib.

Məlumata əsasən, zəlzələnin gücü 6,2 bal, episentri isə Dmanisi rayonu yaxınlığındakı Sameba kəndində olub. Güclü təkanlar Tbilisi, Marneuli və İrəvanda da hiss olunub.

Zəlzələ qonşu Ermənistanda təşvişə səbəb olub.

Məlumata görə, Gürcüstanla eyni vaxtda İrəvan və Gümrü şəhərlərində zəlzələ baş verib. Bəzi ərazilərdə işıqlar sönüb. İnsanlar binaları tərk edərək çölə çıxıblar.