Gürcüstan müxalifəti onların ölkəyə buraxılmamasını tələb edir – Fotolar

Gürcüstanın müxalif “Droa” partiyası Rusiya ilə sərhəddə yerləşən Yuxarı Lars gömrük-keçid məntəqəsinin yaxınlığında aksiya keçirir.
Media1.az APA-ya istinadla xəbər verir ki, aksiyaçılar hökumətdən Rusiya ilə quru sərhədlərini bağlamasını və Rusiya vətəndaşlarını ölkəyə buraxmamasını tələb edirlər.
Təşkilatçılar rusiyalıların Gürcüstana kütləvi miqrasiyasının ölkə iqtisadiyyatına ziyan vurduğunu, həmçinin təhlükəsizlik riskləri yaratdığını bildirirlər.
Aksiyaya ukraynalı fəallar də qoşulub.
Əraziyə hüquq-mühafizə orqanlarının çox sayda əməkdaşı cəlb edilib.




