Gəncənin qala divarlarına laqeyd yanaşma: Aşan gerb niyə düzəldilmir? – FOTO
Gəncədə dörd gün əvvəl əsən külək şəhərin girişindəki Qala divarları kompleksinin üzərində yerləşən gerbi aşırıb.
Sakinlərdən Oxu.Az-a verilən məlumata görə, gerb dörd gündür ki, o vəziyyətdə qalır.
Onlar bu hadisəyə olan laqeyd yanaşmanı tarixi simvollara qarşı böyük hörmətsizlik olduğunu bildiriblər.
Sözügedən hadisənin fotolarını təqdim edirik: